Bristol Universitetində çalışan britaniyalı alimlər qrupu “süni əzələ” həlli inteqrasiya edilmiş "ağıllı şalvar" üzərində işləyir. Texnoloji yenilik əlillərə və yaşlı insanlara hərəkətlilik probleminin öhdəsindən gəlməyə kömək edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, yeni texnologiya hərəkət etməkdə çətinlik çəkən insanlara yerimə zamanı əlavə köməklik göstərəcək. Bundan başqa, alimlər bildiriblər ki, “ağıllı” şalvarlar əlillərə əlil arabasından ayağa qalxmağa və pilləkənlərlə yuxarı qalxmağa kömək edəcək. Bundan başqa, yeni texnologiya, həmçinin geyinmə prosedurunu asanlaşdıracaq.
“Telegraph” nəşrinin məlumatına görə, Böyük Britaniyada dayaq hərəkət sistemi pozğunluqlarından əziyyət çəkən təxminən 10 milyon insan və insultdan əziyyət çəkən 1,2 milyon insan yaşayır.
Mütəxəssislərin sözlərinə görə, ixtira, hətta yaşlı insanları əlil arabasının istifadəsindən imtina etməyə imkan verəcək. Ancaq layihənin müəlliflərinin fikrincə, bunun reallaşmasına ən azı 10 il vaxt lazımdır.
Realpress.az
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.
Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.
Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.