Bakı növbəti film festivalına hazırlaşır

Bakı növbəti film festivalına hazırlaşır
10 Sent 2018 12:45

Noyabrın 14-dən 17-dək Bakıda IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək. Artıq ekran əsərlərinin qəbuluna start verilib.

Realpress.az AZƏRTAC-a istinadla  xəbər verir ki, “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivala Mədəniyyət, Gənclər və İdman nazirlikləri dəstək göstərir.

Filmlər iki əsas – Beynəlxalq və yerli müsabiqə proqramlarında, eyni zamanda, ilk dəfə keçirilən “Cinemobil” adlı mobil filmlərin müsabiqəsində yarışacaq.

Yerli müsabiqəyə yalnız Azərbaycan Respublikasının vətəndaşı olan gənclər film göndərə bilər. Beynəlxalq müsabiqədə isə əcnəbi müəlliflərlə yanaşı, yerli rejissorlar da iştirak etmək hüququna malikdir.

Festivalın müsabiqə bölmələrinə 35 yaşa qədər olan rejissorlar oktyabrın 5-dək bədii, sənədli, cizgi və eksperimental filmlərini təqdim edə bilərlər. Filmlər 2017- 2018-ci illərdə istehsal olunmalı, xronometrajı 35 dəqiqədən çox olmamalıdır. Yerli müsabiqədən fərqli olaraq beynəlxalq müsabiqəyə filmlər ingilis dilində subtitrlə və ya səsli tərcümə ilə göndərilməlidir.

Onlayn rejimdə aparılacaq “Cinemobil” müsabiqəsinə yalnız mobil telefonla çəkilən filmlər qatılacaq. Bundan başqa , festival kinematoqrafçılara ideyalarını reallaşdırmağa kömək məqsədilə ilk dəfə “Pitçinq” elan edir.

Festivalın əsas nominasiyalarından əlavə yerli müsabiqədə “Ən yaxşı prodüser”, “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari”, “Ən yaxşı operator” nominasiyaları da yer alır.

Qeyd edək ki, bu ildən etibarən festivalın qaliblərinə “Qızıl nar” mükafatı təqdim olunacaq. Mükafat uğrunda yarışacaq filmləri yerli və xarici mütəxəssislərdən ibarət peşəkar kino xadimləri qiymətləndirəcək.

Müsabiqədə iştirak etmək istəyənlər qaydalar və şərtlərlə www.filmfestival.az saytından tanış ola bilərlər.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.