Rasim Balayev jurnalistlərə hirsləndi:Götürüb yalandan yazıblar ki...

Rasim Balayev jurnalistlərə hirsləndi:Götürüb yalandan yazıblar ki...
07 Sent 2018 12:17

3 gün əvvəl Azərbaycanın xalq artisti, tanınmış aktyor Rasim Balayevin xəstəxanaya düşməsilə bağlı məlumatlar yayılıb. 

Realpress.az bildirir ki, modern.az-a sevimli aktyorun sağlıq durumunun nə yerdə olduğunu öyrənmək üçün R.Balayevlə əlaqə saxlayıb.

Xaql artisti səhhətilə bağlı yazılanları təkzib edib:

"Yalan yazıblar. Bir qız zəng elədi ki, "səhhətiniz necədir?". Dedim həkimə gedirəm, "tok"a-fizioterapeyaya yazıb həkim. Fizioterapeyaya hamı gedir də. Bu da götürüb yazıb ki, "Rasim Balayevin səhhəti pisləşdi, xəstəxanaya yerləşdirildi". Bu adam yazdığının məsuliyyətini dərk etmir. Bilmir ki, mənim qohum-əqrəbam var. Guya elə bilib ki, mən reanimasiya demişəm. Reanimasiyaya adam özü getmir eyyy! Adam reanimasiyalıq olanda başqaları onu aparır".

R.Balayev xəbəri yazan müəllifə etiraz etdiyini bildirib:

"Xəbəri oxuyandan sonra zəng vurdum. Dedim ayıbdır, utanmırsan?! Mənim bütün qohum-əqrabam zəng edir. Narahat olublar. Mən necə deyə bilərəm ki, reanimasiyaya gedirəm?! Üzümə qarşı deyir ki, "mən elə yazmasam, saytı oxumurlar". Dedim sənin saytının oxunması üçün məndən, xəstəliyimdən istifadə edirsən?! Dedim bir də mənə zəng eləmə".

Akrtoy hazırda özünü yaxşı hiss etdiyini vurğulayıb:

"Yaxşıyam, 70 yaşında adamın ayağında sinir ağrısı olması normaldır.  Niyə şişirdirlər axı?! İndi cavanlarda da bu hal var". 


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.