Özbəkistanın Dunyo Boylab telekanalında Azərbaycana dair veriliş nümayiş olunub

Özbəkistanın Dunyo Boylab telekanalında Azərbaycana dair veriliş nümayiş olunub
27 Avq 2018 15:23

Özbəkistanın “Dunyo Boylab” telekanalında tanınmış jurnalist, mədəniyyət və turizm üzrə populyar verilişlərin müəllifi Elmira Tuxvatillinanın Azərbaycana səfəri zamanı hazırladığı veriliş nümayiş etdirilib.

Realpress.az AZƏRTAC- istinadla xəbər verir ki, müəllif Azərbaycanın mədəniyyəti, tarixi, Bakı şəhərinin inkişafı, İçərişəhər, dənizkənarı bulvar və s. barədə geniş məlumat verib.

Bildirilib ki, mediaturun əsas məqsədi Azərbaycan həqiqətləri, ölkəmizin əldə etdiyi nailiyyətlər, habelə tariximiz, mədəniyyətimiz, turizm imkanlarımız haqqında Özbəkistan auditoriyasını ətraflı məlumatlandırmaqdır. Mediaturda iştirak edən özbək jurnalistlər Bakıdan başqa, respublikamızın digər regionlarında, o cümlədən İsmayıllı, Qəbələ, Şəki, Gəncə, Göygöl, Naftalan şəhərlərində görüşlər keçirib, çəkilişlər aparıb, bu bölgələrin tarixi, mədəniyyəti, turizm imkanları barədə reportajlar hazırlayıblar.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, “Dunyo Boylab” telekanalında bu istiqamətdə artıq 6 veriliş nümayiş olunub və silsilə verilişlər davam edir.

Qeyd edək ki, mediatur cari il iyunun 31-dən iyulun 7-dək Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü, ölkəmizin Özbəkistandakı səfirliyinin, Azərbaycan Mədəniyyət Nazirliyinin və “AZAL”-ın dəstəyi ilə həyata keçirilib.



6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.