Kənd təsərrüfatı ilə bağlı mühüm qanun hazırlanır

Kənd təsərrüfatı ilə bağlı mühüm qanun hazırlanır
11 Avq 2018 13:05


“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi parlamentin qarşıdan gələn 2018-ci il payız sessiyasında müzakirələrə təqdim ediləcək.

Realpress.az-ın parlamentdən əldə etdiyi məlumata görə, sənəd adıçəkilən komitə və Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə hazırlanır.

Bildirilib ki, hələ 2018-ci ilin yaz sessiyasının qanunvericilik işləri planında “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi olsa da və onun may ayında müzakirələrə çıxarılması gözlənilsə də, müəyyən səbəblərdən təxirə salınıb.

“Əslində, bu sənəd ötən ilin dekabr ayında başa çatdırılıb, müzakirələrə təqdim olunmalı idi. Amma bu, mümkün olmadı. O zaman Kənd Təsərrüfatı Nazirliyi bu sənədi həmin müddətdə hazırlayıb başa çatdıra bilmədi. Odur ki, sənədin tam şəkildə hazırlanıb, bu ilin may ayında müzakirələrə çıxarılması nəzərdə tutulurdu.

Ancaq nazirlikdə dəyişiklik olduğu, rəhbərlik yeniləndiyi üçün onun müzakirəsi təxirə salındı. Ötən müddətdə isə onun üzərində işlər davam etdirilib və etdirilməkdədir.

Amma bu ilin payız sessiyasında həmin sənədin təkmil şəkildə əvvəlcə komitə səviyyəsində müzakirəsi, sonra isə sessiyanın qanunvericilik işlərin planına daxil edilməsi, plenar iclasa tövsiyəsi nəzərdə tutulur”, - deyə MM-dən bildirilib.


26 Apr 2024
Siyasət

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib - FOTO

“Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü” mövzusunda konfransın iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub. 

26 Apr 2024
Siyasət

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində iştirak edib.

26 Apr 2024
Siyasət

Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə gedib.

26 Apr 2024
Siyasət

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.