ABŞ-ın nəhəng "Amazon" internet mağazası menecer vəzifəsində çalışan əməkdaşlarını tədricən robotlarla əvəz etməyə başlayıb.
Realpress.az lent.az-a istinadən xəbər verir ki, altı rəqəmli maaşlar alan top menecerlər zamanla proqram təminatı ilə əvəzlənəcək.
Bu proqram təminatı məhsullara olan tələbatı və müvafiq qiyməti təyin edə biləcək. Artıq bir neçə rəhbər şəxs tutduğu vəzifədən gediblər.
Şirkətin keçmiş əməkdaşı Eleyn Kvon bildirib ki, riteylin rəhbərliyi belə bir nəticəyə gəlib ki, bir çox yüksək əməkhaqqı alan əməkdaşlar bəzi əməliyyatlara daha çox vaxt ayırıblar. Baxmayaraq ki, bütün bunları avtomatlaşdırmaq mümkündür.
"Rəqəmlər yalan demir, bu model daha sərfəlidir", - deyə Kvon vurğulayıb.
Məlum olub ki, iri brendlərlə işləyən komanda avtomatlaşdırılmış satışlara rəhbərlik edəcək bir bölmədə birləşdiriləcək.
Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.
Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.
Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.