Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Avropa İttifaqının (Aİ) genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Xanla Qarabağ məsələsini müzakirə edib.
Realpress.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, Mnatsakanyan Yerevan tərəfinin Qarabağ münaqişəsi ilə bağlı mövqeyini və prioritetlərini açıqlayıb.
O, danışıqlar prosesinin irəliləməsi üçün mühitin yaradılmasının vacibliyini qeyd edib.
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.
Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.