Dövlət sərhədini qanunsuz keçmək istəyərkən saxlanılan Ramin Hacılı barəsində cinayət işi başlanılıb.
Realpress.az Report-a istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) İstintaq İdarəsində onun barəsində 29, 318.1-ci (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Səbail Rayon Məhkəməsinin qərarı ilə R.Hacılı barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, ittihamı qəbul etmədiyini deyib.
Daha sonra R.Hacılı Bakı İstintaq Təcridxanasına köçürülüb. Hazırda DSX-nin İstintaq İdarəsi tərəfindən istintaq araşdırmaları davam etdirilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.
Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.
Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.