Nərgiz Paşayeva nüfuzlu mükafata layiq görüldü

Nərgiz Paşayeva nüfuzlu mükafata layiq görüldü
20 İyun 2018 10:26


Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Moskva dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva elm sahəsində “Birlik ulduzları” mükafatına layiq görülüb.

Realpress.az bununla bağlı “Sputnik Qazaxıstan”a istinadla xəbər verir. 

Mükafat MDB-yə üzv olan dövlətlərin yaradıcı və elmi ziyalılarının Astanada keçirilən XIII forumunda təntənəli mərasimdə təqdim olunub.

Laureatlar arasında SSRİ Xalq artisti, dirijor Yuri Başmet (Rusiya), skripkaçı Ayman Musaxacayeva (Qazaxıstan), şair Nizom Kosim (Tacikistan), ədəbiyyatşünas Abdıldajan Akmataliyev (Qırğızıstan), belaruslu biatlonçu Darya Domraçeva və başqaları olub. 

Mükafatın məbləği iki milyon rubldur (53,4 min AZN).

“Birlik ulduzları” mükafatı 2009-cu ildə təsis edilib. Müxtəlif illərdə aktyor Asanali Aşimov (Qazaxıstan), baletmeyster Yuri Qriqoroviç (Rusiya), riyaziyyatçı Nusrət Rəcəbov (Tacikistan) və başqaları bu mükafata layiq görülüb. 

MDB-yə üzv olan dövlətlərin yaradıcı və elmi ziyalılarının Astanada keçirilən XIII forumu iyunun 19-20-də keçirilib.


26 Apr 2024
Siyasət

Prezident İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirilir

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.

26 Apr 2024
Siyasət

Azərbaycan Prezidenti: “Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq”

“Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”

“Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ Azərbaycan və Braziliya troyka şəklində fəaliyyət göstərir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”

“Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”.