Nazir müğənni Kərimin videosuna görə 2 polis zabitini cəzalandırdı: biri sistemdən qovuldu - VİDEO

Nazir müğənni Kərimin videosuna görə 2 polis zabitini cəzalandırdı: biri sistemdən qovuldu - VİDEO
14 İyun 2018 17:02

Tanınmış müğənni Kərim Abbasovun polis bölməsində onun barəsində nalayiq fikir bildirən sosial şəbəkə istifadəçilərini üzr istətdirməsi və bu görüntüləri əks etdirən videonu yayması ilə bağlı Daxili İşlər Nazirliyinin başlatdığı xidməti araşdırma başa çatıb. 

Realpress.az-in lent.az-a istinadən verdiyi məlumatına görə, daxili işlər naziri Ramil Usubovun göstərişi ilə Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsində bölmə rəisi, polis polkovniki Etibar Balakişiyev və kadrlarda görünən sahə müvəkkili, polis mayoru Oruc Mirzəyev barəsində aparılan xidməti araşdırma nəticəsində hər iki zabit cəzalandırılıb. Belə ki, sahə müvəkkili Oruc Mirzəyevin daxili işlər orqanlarından kənarlaşdırılmasına, bölmə rəisinə isə şiddətli töhmət elan edilməsinə qərar verilib. 

Qeyd edək ki, daxili işlər naziri Ramil Usubovun imzaladığı müvafiq əmrlə polis idarəsi, bölməsi və digər strukturlara daxil olan qapalı yerlərə-otaqlara kamera ilə giriş qadağandır. Bundan başqa Cinayət Prosessual Məcəlləsində üzr istəmə və üzr istətmə hərəkətləri polisin deyil, məhkəmənin səlahiyyəti kimi təsbit edilib. 


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.