Müasir robot texnikası artıq kifayət qədər hərəkətlidir və robotlar çoxlu sayda müxtəlif hərəkətləri yerinə yetirmək qabiliyyətinə malikdirlər. Amma robotların əksəriyyəti müxtəlif obyektlərlə qarşılıqlı təmas zamanı çox vacib olan taktil həssaslıq hissindən məhrumdurlar. İsveçrədən olan mühəndislər qrupu tərəfindən hazırlanmış ultranazik elastik kabellər toxunuş zamanı elektron siqnalları ötürə bilir.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, bu həll Lozanna Federal Politexnik Məktəbinin mühəndisləri tərəfindən hazırlanıb və “Advance Materials” nəşri yazır ki, elastik kabellərin işləmə prinsipi insanın sinir toxumalarının işinə çox oxşardır. Yeni həllin əsasını təşkil edən optik lifin daxilində periferiyadan mərkəzə doğru onlarla cərgə elektrodlar yerləşdirilib. Bunun sayəsində qurğu təzyiqə, toxunuşa və hətta zədələrə reaksiya verə bilər. "Sintetik sinir" müxtəlif taktil elektrodların müxtəlif dərinlikdə yerləşməsi sayəsində yüklənməni fərqləndirə bilir.
Realpress.az
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.
Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.
Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.