“Azərpoçt” MMC-nin əməkhaqqı kartlarında “sms xəbərdarlıq” xidməti pulsuz oldu

“Azərpoçt” MMC-nin əməkhaqqı kartlarında “sms xəbərdarlıq” xidməti pulsuz oldu
21 May 2018 17:54

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  “Azərpoçt” MMC-nin emissiya etdiyi əməkhaqqı kartlarında “sms xəbərdarlıq” xidməti müştərilərə pulsuz təklif olunur.
 
“Azərpoçt” MMC-nin emissiya etdiyi əməkhaqqı kartlarının sahibləri artıq aparılan bütün əməliyyatlardan anında xəbər tutacaqlar.
 
 
Belə ki, kart sahibləri aparılan bütün əməliyyatlar - kart hesabı üzrə mədaxil və məxaric əməliyyatları, hesabın qalığı  haqqında dərhal xəbərdarlıq SMS-i alacaqlar.
 
Əməkhaqqı kartının sahibi “Azərpoçt” MMC-yə məxsus istənilən ATM-ə yaxınlaşaraq, xidmətlər bölməsindən “sms xəbərdarlıq” xidmətini aktivləşdirə bilər.
 
Qeyd edək ki, “Azərpoçt” MMC-nin emissiya etdiyi əməkhaqqı kart sahiblərinin bu günə olan sayı  22 min 305 nəfərdir.

Realpress.az



18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.