2 ilə “ASAN Xidmət” bütün ölkəni əhatə edəcək

2 ilə “ASAN Xidmət” bütün ölkəni əhatə edəcək
19 May 2018 11:40

Realpress.az-ın "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, 2020-ci ilə qədər “ASAN Xidmət” mərkəzlərinin sayı 20-yə çatdırılacaq: “Bu ilin payızında Şəki və İmişlidəki regional mərkəzlər istifadəyə veriləcək. Mərkəzlərin hər biri 500 mindən çox əhaliyə xidmət göstərəcək. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq növbəti dövrdə daha 5 mərkəzin tikilməsi planlaşdırılıb. Bu istiqamətdə çox intensiv işlər gedir”.

Ü.Mehdiyevin sözlərinə görə, Dövlət Agentliyi Azərbaycan vətəndaşlarının kütləvi istifadə etdikləri xidmətlərin tam elektronlaşdırılmasını və vətəndaşların “ASAN Xidmət” mərkəzlərinə getmədən bunlardan istifadə edə bilmələrini qarşıya məqsəd qoyub: “Məqsədimizə çatsaq hər bir vətəndaşımız ofis və evlərindən internet vasitəsi ilə istədikləri xidməti ala biləcəklər. Prezident İlham Əliyev bu il mart ayının 14-də "Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında" fərman imzalayıb. Fərmana əsasən elektron hökumət sahəsində dövlət siyasətinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb. Biz hazırda işlərimizi bu tapşırıq çərçivəsində davam etdiririk”.


26 Apr 2024
Siyasət

Prezident İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirilir

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.

26 Apr 2024
Siyasət

Azərbaycan Prezidenti: “Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq”

“Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”

“Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ Azərbaycan və Braziliya troyka şəklində fəaliyyət göstərir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”

“Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”.