OnePlus 6 təqdim olundu

OnePlus 6 təqdim olundu
19 May 2018 10:30

Realpress.az technote.az-a istinadən bildirir ki, ekranın yuxarı hissəsində iPhone X-dəki kimi kiçik çıxıntı var. Lakin istifadəçi istədiyi vaxt smartfon ayarlarından həmin çıxıntı hissəsini qara zolaq vasitəsilə gizlədə bilər. Smartfonun ön panelinin bütöv hissəsini Gorilla Glass 5 qoruyucu şüşəsi örtür. OnePlus 6-nın əvvəlki modellərdən əsas fərqləndirici özəlliyi isə onun şüşədən ibarət arxa panelə sahib olmasıdır. Bundan əlavə olaraq smartfonda olan səs rejimlərinin dəyişdirilməsi düyməsi sağ tərəfə keçirilib. Bu baxımdan sözügedən brendin pərəstişkarları buna öyrəşməli olacaqlar. OnePlus modelləri həmişə flaqman özəlliklərə sahib olublar. OnePlus 6 da istisna deyil.

Beləliklə smartfon 2.8 GHz tezlikli 8 nüvəli Snapdragon 845 prosessoru, Adreno 630 qrafik sürətləndirici, 6/8 GB RAM, 64/128/256 GB daxili yaddaş (microSD dəstəyi yoxdur), Dash Charge sürətli enerji yığma özəllikli 3300 mAh enerji tutumlu batareya və iki SIM kart girişi ilə təchiz olunub. Kameralara gəldikdə isə OnePlus 6 16 MP (f/1.7 diafraqmalı Sony IMX519 optikası) + 20 MP (f/1.7 diafraqmalı Sony IMX376K optikası) ikili arxa kamera və f/2.0 diafraqmalı 16 MP-lik ön kameraya sahibdir.

Arxa kameralar barəsində yeniliklərdən təsvirin optik stabilizasiyasını və 720p keyfiyyətində 480fps slo-mo videoların çəkilişini göstərmək olar. Smartfon OxygenOS interfeysli Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Alıcılar həmçinin smartfona Android P-nin beta versiyasını da yükləyə bilərlər. Smartfon 22 May tarixindən satışa çıxacaq. 6 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 529$, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 579$, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib versiya isə 629$ qiymətinə satılacaq.

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.