Yeni kontroller imkanları məhdud insanlara oyunlar oynamağa imkan verəcək

Yeni kontroller imkanları məhdud insanlara oyunlar oynamağa imkan verəcək
18 May 2018 15:40

“Microsoft” korporasiyası fiziki imkanları məhdud insanlar üçün “Xbox Adaptive Controller” kontrollerini rəsmən təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life www.life.ru” resursuna istinadən yazır ki, qurğunun işi barədə məlumat verən tərtibatçıların sözlərinə görə, kontrollerin üz hissəsində xaç şəklində böyük düymə və iki iri klaviş yerləşir. İstifadəçi klavişlərin üzərində adi “Xbox One” kontrollerinin istənilən düyməsinin funksiyalarını təyin edə bilər. Həmçinin qurğunun arxa tərəfində qoşulma üçün 3,5 millimetrlik 19 çıxış quraşdırılıb. Onların hər biri coystikin ayrıca klavişi üçün nəzərdə tutulub.
 
Korporasiya nümayəndələrinin sözlərinə görə, bir sıra kənar istehsalçılar tərəfindən “Microsoft”a dəstək nümayiş etdirilib. Bunun sayəsində onların qurğularını kontrollerə qoşmaq mümkün olacaq. Oyun həvəskarları xüsusi düymə, pedal və digər periferiyalardan faydalana biləcəklər.
 
Bu il satışa çıxarılacaq “Xbox Adaptive Controller” kontrollerinin qiyməti 100 dollar təşkil edir.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.