“Huawei Honor 10” smartfonu rəsmən təqdim edilib

“Huawei Honor 10” smartfonu rəsmən təqdim edilib
17 May 2018 11:28

Çinin “Huawei” şirkəti Londonda əksər qabaqcıl qurğularla rəqabət apara biləcək nisbətən ucuz aparatlar sinfini davam etdirən “Honor 10” smartfonunu təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru www.newsru.com” resursuna istinadən yazır ki, bundan əvvəl təqdim edilən “Huawei P20” modeli kimi, yeni “Honor” qurğusu baxış bucağından asılı olaraq rəngini dəyişən arxa şüşə panellə təchiz edilib. Yeni smartfonun ekranı 5,84 düym diaqonala, 2280*1080 piksel təsvir ölçüsünə malikdir. Operativ yaddaşı 4 giqabayt, quraşdırılmış yaddaşı isə 64 və ya 128 giqabayt təşkil edən smartfon “Kirin 970” prosessoru əsasında işləyir. Quraşdırılmış barmaq izi skaneri qurğunun ön tərəfində yerləşir və “Home” düyməsinə yerləşdirilib.
 
Məlumata görə, “Honor 10” 16 meqapikselli RGB modulun və 24 meqapiksel təsvir ölçülü əlavə monoxrom modulun daxil olduğu qoşa əsas kamera ilə təchiz olunub. Kamera fazalı avtomatik fokuslaşdırıcıya, təsvir sabitləşdirici sistemə malikdir və süni intellekt elementləri sayəsində çəkiliş zamanı müxtəlif səhnələri müəyyənləşdirə bilir. Smartfonun ön kamerasının təsvir ölçüsü 24 meqapiksel təşkil edir.
 
Yeni “Honor” smartfonunun akkumulyator tutumu 3400 milliamper/saata bərabərdir və sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir. “EMUI 8.1” proqram təminatlı “Android 8.1 Oreo” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu “Wi-Fi”, “Bluetooth 4.2” modulları, “USB Type-C” və qulaqcıq çıxışları ilə təchiz edilib.
 
Satışına mayın 15-dən başlanan “Honor 10” smartfonunun 64 giqabaytlıq versiyasının qiyməti 400 avro, 128 giqabaytlıq versiyasının isə 450 avro təşkil edir.


 

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.