Milyonlarla “Wikipedia” məqaləsi Aya göndəriləcək

Milyonlarla “Wikipedia” məqaləsi Aya göndəriləcək
16 May 2018 14:16

ABŞ-ın “Arch Foundation” qeyri-kommersiya təşkilatı Aya qeyri-adi kitabxana göndərmək niyyətindədir. Kitabxana Yerin süni peykinin “Wikipedia” onlayn ensiklopediyasının metal üzərində çap edilən milyonlarla məqaləsi ilə təchiz edilməsini nəzərdə tutur.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, aktivistlər Aya ensiklopediyanın ingilisdilli versiyasının indiyədək mövcud olan bütün arxivini göndərmək istəyirlər. Məqalələrin çap şəklində çəkisinin yüz minlərlə tona bərabər olacağına görə onların nikeldən ibarət xüsusi nanolövhəciklər üzərinə köçürülməsi planlaşdırılır. Beləliklə, milyonlarla mətn səhifəsini kompakt disk qutusu ölçüsündə lövhəciyə yerləşdirmək mümkün olacaq.
 
Bildirilir ki, layihənin ideyası bəşəriyyət nailiyyətlərinin onun yaşam mühitindən kənar surətinin yaradılmasından ibarətdir. Nikel təbəqələri üçün Yer peykinin aqressiv mühiti və parlaq günəş işığı təhlükə törətmədiyinə görə digər materiallardan fərqli olaraq korroziyaya uğramır. “Bizim arxivlərimiz milyonlar və ya milyardlarla il saxlanılacaq, sonra onları gələcək nəsillər taparaq oxuyacaq”, - “Arch Foundation” nümayəndəsi bildirib.
 
Qeyri-adi yükün göndərilməsi yaxın bir neçə ildə baş tuta bilər. Bu işdə fonda Aya özəl uçuşlar təşkil etməyi planlaşdıran “Astrobotic” müstəqil kosmik şirkəti kömək edəcək.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.