İraqdan Türkiyəyə sərt mesaj

İraqdan Türkiyəyə sərt mesaj
21 Mar 2018 22:35


Türkiyənin torpaqlarımızda hərbi əməliyyatlar keçirməsini qətiliklə rədd edirik.

realpress.az-ın Bağdadın Əl Sumeriyə kanalına istinadən məlumatına görə, bu sözləri İraq Xarici İşlər naziri İbrahim Cəfəri Türkiyə prezidenti Ərdoğanın “Bir gecə xəbərsiz Sincara gedəcəyik və oranı da terrorçulardan təmizləyəcəyik” sözlərinə münasibət bildirərkən deyib. O, açıqlamasında bu əməliyyatın mümkün olmayacağını vurğulayıb:

“Biz Türkiyənin İraqın sərhədlərini pozmasını qınayırıq. Buna görə də torpaqlarımızda hərbi əməliyyatların keçirilməsini qətiliklə rədd edirik. Bunu Türkiyə tərəfinə rəsmi olaraq da bildirmişik”.

Qeyd edək ki, prezident Rəcəp Tayyip Ərdoğanın sözlərindən sonra Türkiyə Xarici İşlər nazirinin müavini Əhməd Yıldız Bağdada səfər edib. Səfərdə İraq Xarici İşlər naziri İbrahim Cəfəri görüşdə belə bir əməliyyatı dəstəklənmədiyini və rədd ediləcəyini bildirib.

Elvin Paşazadə
www.realpress.az

26 Apr 2024
Dünya

Almaniya Kansleri Azərbaycan Prezidentini qarşılayıb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.