Lənkəranda oğlunun boğazını kəsən ata tutuldu

Lənkəranda oğlunun boğazını kəsən ata tutuldu
19 Mar 2018 17:20

Realpress.az report-a istinadən xəbər verir ki, ötən gecə şəhər ərazisində baş verən ailə münaqişəsi zamanı 1999-cu il təvəllüdlü Əli Yaqubzadənin boğazını kəsən İlham Yaqubov tutulub. 

Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 1999-cu il təvəllüdlü Ə.Yaqubzadə əməliyyat olunub, vəziyyəti orta ağırdır.

Saxlanılan İlham Yaqubov hadisə baş verdiyi an özündə olmadığını bildirib. Hər şeyin anidən baş verdiyi, həyat yoldaşı ilə mübahisə etdiyi zaman əlindəki butulkanın sındığı və oğlunun onları ayırmaq istədikdə xəsarət aldığını deyib.

Faktla bağlı cinayət işi başlanıb.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.