Cəlilabadda baş verən qəzalarda 2 piyada öldü

Cəlilabadda baş verən qəzalarda 2 piyada öldü
19 Mar 2018 16:38

DİN-dən Realpress.az-a verilən məlumata görə, martın 18-də saat 21 radələrində Cəlilabad rayonunun Göytəpə şəhərində Masallı rayon sakini Eyvaz Rzayev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən rayon sakini Elşən Abıyevi vurmuş və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Həmin gün saat 20 radələrində isə rayonun Uzuntəpə kəndində rayon sakini Rəhim Həsənov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən həmyerlisi Cəmaləddin İmanovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.