“Eynşteyn həm də deyib ki, “Mebeli qız evi almalıdır”

“Eynşteyn həm də deyib ki, “Mebeli qız evi almalıdır”
19 Mar 2018 15:00

Realpress.az saytının verdiyi məlumata görə, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Real Tv-ə verdiyi müsahibədə Albert Eynşteynin din haqqında fikirindən danışıb. Onun dediklərinə görə Albert Eynşteyn din haqqında bu cümləni işlədib:

“Dini inkar edən elm çolaqdır, kordur”.

Bu fikirin nə dərəcə də düzgün olduğunu bilmək üçün əməkdaşımız Azvision.az saytının baş redaktoru Vüsal Məmmədovdan açıqlama alıb. 

Əgər feysbukda yazılanlara inansaq, Eynşteyn həm də deyib ki, “Mebeli qız evi almalıdır”. 

Bunu Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov deyib. 

Onun sözlərinə görə, Eynşteyn heç bir dinə inanmayıb və deist olub: 

“Əgər feysbukda yazılanlara inansaq, Eynşteyn həm də deyib ki, “Mebeli qız evi almalıdır”. Amma ciddi yanaşsaq, Eynşteyn heç bir dinə inanmayıb və deist olub. O, inanırdı ki, təbiətdəki harmoniyanı, fiziki qanunları yaradan dərkedilməz bir Qüvvə var, amma bu Qüvvə dinlərin adından danışdığı Allaha qətiyyən bənzəmir. Dinlərin adından danışdığı Allah konkret şəxsdir, kiməsə qəzəbi tutur, kimisə dostu sayır, birindən qisas alılr, başqasını mükafatlandırır. 

Bütün bunlar “ŞƏXSƏ” xas olan keyfiyyətlərdir. Siz, təsəvvür edə bilərsinizmi ki, məsələn, hansısa Qüvvənin bəyənmədiyi əməl olsun? Deistlərə görə, Qüvvə - Qanun deməkdir, hamıya qarşı neytraldır. Yəni Cazibə Qanunu üçün fərqi yoxdur, siz yaxşı adamsınız, yoxsa pis, o, hər ikisini eyni qüvvə ilə yerə yıxır.

Eynşteynin özü də dinə inanmadığını gizlətməyib. 1921-ci ildə Nyu-York sinaqoqunun ravvini Herbert Qoldşteyn Eynşteynə “Do you believe in God?” sözləri yazılmış teleqram göndərib. Eynşteyn suala cavabını New York Times qəzetində dərc etdirib. O cavabı sözbəsöz əzbər bilirəm. Cavab belə idi: “Mən Spinozanın Allahına inanıram – o Allaha ki, özünü bütün mövcudatın harmoniyasında göstərir. İnsanların əməllərilə maraqlanan və taleləri yazan Allaha isə inanmıram”.

İnsanların əməllərilə maraqlanan allaha inanmamaq elə dinə inanmamaq deməkdir. Çünki dinlərin Allahı insanların hər bir əməlilə çox möhkəm maraqlanır. Eynşteynin bu inancını bəzən “kosmik din” də adlandırırlar.

Eynşteynin dini görüşlərilə bağlı spekulyasiyalara yol açan bəhanələrdən biri onun dediyi “Allah zər atmır” sözləridir. Bu sözlərin dinə dəxli yoxdur, o, bunu zərb-məsəl kimi başqa kontekstdə deyib. Eynşteyn kvant mexanikasının Kopenhagen interpretasiyanın əleyhinə idi və həmin sözü o nəzəriyyənin tərəfdarlarını ələ salmaq üçün söyləmişdi. Yeri gəlmişkən, o mübahisəni Eynşteyn uduzdu - zaman göstərdi ki, əks tərəfdəki alimlər, yəni Bor, Şrödinger, Plank haqlı imişlər. 

28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.