Tramp narkotacirlər üçün ölüm cəzası təklif edib

Tramp narkotacirlər üçün ölüm cəzası təklif edib
19 Mar 2018 14:41


Bu gün Birləşmiş Ştatların prezidenti Donald Tramp ölkəni bürüyən opioid böhranı ilə mübarizə planını təqdim edəcək.

realpress.az-ın “Reuters” agentliyinə istinadən xəbərinə görə, Ağ Ev Şurasının daxili siyasət üzrə direktoru Endryu Bremberq bu barədə jurnalistlərə məlumat verib.

Sənəddə digər məsələlərlə yanaşı, narkotik maddə alverçiləri üçün ölüm cəzasını tətbiq etmək təklifi də nəzərdə tutulub.

“Ədliyyə Nazirliyi mövcud qanunvericiliyə uyğun olaraq narkotik maddə alverçiləri üçün ölüm cəzasının tətbiq edilməsinə nail olmağa çalışacaqlar”, – deyə Tramp bildirib.

Lakin, o, konkret nümunələr göstərməyib.

Mübarizənin bir başqa məqsədi də üç il içində narkotik maddələrin reseptlə verilməsini üç dəfə azaltmaq olacaq.

2017-ci il dekabr ayının 1-də Tramp üçüncü rüb üçün olan maaşını opioid böhranı ilə mübarizə üçün bağışlayıb. Oktyabr ayında narkotik istifadəsinin yayılmasına görə səhiyyədə fövqəladə vəziyyət elan edib.

Ötən il ABŞ-da yüksək dozadan 64 min nəfər həlak olub.


26 Apr 2024
Dünya

Almaniya Kansleri Azərbaycan Prezidentini qarşılayıb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.