"Tərbiyəsiz hərəkət edən insanları sosial şəbəkələrdən təcrid etmək lazımdır"

"Tərbiyəsiz hərəkət edən insanları sosial şəbəkələrdən təcrid etmək lazımdır"
19 Mar 2018 14:00

Realpress.az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilən seminar-müşavirədə Mərkəzi Seçki Komisiyasının sədri Məzahir Pənahov deyib.

O, sosial şəbəkələrdə təhqir xarakterli materialların yerləşdirilməsinə etirazını bildirib: "Bəzi mərkəzlər bununla bağlı iş aparırlar. Bizi narahat edən budur. Sosial şəbəkələri kimsə qadağan edə bilməz, ona görə də Azərbaycan ictimaiyyətini maariflədirmək lazımdır. Tərbiyəsiz hərəkət edən insanları sosial şəbəkələrdən təcrid etmək lazımdır. Həmin videolara da xeyli baxış sayı olur, amma bu, o demək deyil ki, onu dəstəkləyirlər. Çalışmalıyıq ki, əhalini ayıq saxlayaq ki, nəticə çıxara bilsinlər. Pis cəhət ondan ibarətdir ki, həmin məsələlərə münasibət bildirdikdə daha da populyarlaşır. Ölkənin təhlükəsizliyi önə çıxırsa, dərhal tədbir görülməlidir".


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.