MSK ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirəcək

MSK ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirəcək
19 Mar 2018 10:07

Realpress.az-ın xəbərinə görə, püşkatma bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) inzibati binasında olacaq.

İctimai Televiziya və Radio Yayımları Şirkəti namizədlərə həftədə 3 saat televiziya, 3 saat radioda olmaqla 6 saat ödənişsiz efir vaxtı ayıracaq.

Qeyd edək ki, MSK 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Bunlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Cəlaloğludur 


26 Apr 2024
Siyasət

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində iştirak edib.

26 Apr 2024
Siyasət

Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə gedib.

26 Apr 2024
Siyasət

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.