"Trabzonspor" Ramil Şeydayevi satır

"Trabzonspor" Ramil Şeydayevi satır
17 Mar 2018 14:38

Realpress.az apasport.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı qonşu ölkə mətbuatı yayıb.

Bildirilir ki, hazırda icarə əsasında "Qarabağ"ın formasını geyinən gənc forvardın cari mövsümdəki performansı müqavilə ilə məxsus olduğu "bordo-mavililər"in ürəyincə deyil. Digər tərəfdən "Qarabağ" da onu birdəfəlik transfer etmək niyyətindədi.

Bu məsələdə əsas söz sahibi olan "Trabzonspor" Şeydayevlə bağlı qərarını mövsümün sonunda verəcək. Transfer qadağası üzündən klub yayda yeni oyunçu almaq hüququndan məhrum olacağından, icarə əsasında digər komandalarda oynayan futbolçuları yay toplanışında sınamaq fikrindədi. Onlar arasında Şeydayev də olacaq. Lakin həmkarlarımız indiki vəziyyətdə Qara dənizlilərin Ramili satmağı planlaşdırdığını vurğulayıb. Onun Azərbaycan klubundakı çıxışını diqqətlə izləyən Superliqa təmsilçisi 22 yaşlı hücumçunu satmağa müsbət baxır.

Qeyd edək ki, Ramil Şeydayev "Trabzonspor"a 2016-cı ildə "Zenit"dən keçib.


26 Apr 2024
İdman

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.

26 Apr 2024
İdman

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu - FOTO

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

26 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.