Avstriyada azərbaycanlılar tərəfindən yaradılmış Vyana “Qarabağ”ında gözlənilməz istefa olub.
realpress.az xəbər verir ki, Avstriyanın Şərq regional liqasında çıxış edən komandanın baş məşqçisi Volkan Kahraman vəzifəsindən getdiyini açıqlayıb.
Dünən klub rəhbərliyi ilə görüşən türk mütəxəssis qarşılıqlı razılıq əsasında ayrılıb. Klubun baş meneceri Ramin Şükürov ona uğurlar arzulayıb.
Qeyd edək ki, “Qarabağ”da azərbaycanlı futbolçular da oynayırlar. Dmitri Nağıyevlə Elvin Bədəlov ötən ilin yayından, Emil Fərzəliyev yanvardan komandaya keçib. Vyana təmsilçisi hazırda turnir cədvəlində 27 xalla VII pillədədir və liderdən 10 xal geri qalır.
Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.
Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.
Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.