Tarix Muzeyində yeni kitab: “Qarabağ atları tarixdə və incəsənətdə”

Tarix Muzeyində yeni kitab: “Qarabağ atları tarixdə və incəsənətdə”
13 Mar 2018 12:20

Muzeyə heykəltəraş Faiq Hacıyevin müəllifi olduğu “Qarabağ atları tarixdə və incəsənətdə” kitabı hədiyyə edilib.

Realpress.az istinadən xəbər verir ki, Muzeydən AZƏRTAC-a bildiriblər ki, heykəltəraş kitabda Qarabağ atlarının tarixi kökü, ümumi xüsusiyyətləri, bədii ədəbiyyatda və incəsənətdəki rolu haqqında ətraflı məlumat verib. Kitabın ən maraqlı cəhətlərindən biri də ədəbiyyat xadimlərinin, böyük şair və yazıçıların, ictimai xadimlərin Qarabağ atlarını tərənnüm edən əsərlərindən parçaların burda özünə yer almasıdır.

Qeyd edək ki, muzeyin ekspozisiyasında Qarabağ atlarına həsr olunan xüsusi bölmə yaradılıb. Burada əsasən at əsləhələri – yəhər, nal, üzəngi və atların damğaları nümayiş olunur. Muzeyə hədiyyə olunan “Qarabağ atları tarixdə və incəsənətdə” kitabı Azərbaycanda Qarabağ atlarının tarixinin öyrənilməsi sahəsində dəyərli araşdırmadır.


22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.