Təzyiqi daim normada saxlamaq həyati vacibdir. Argentina alimləri sübut edir ki, yüksək təzyiqdən əziyyət çəkənlər sadəcə şam yeməyindən imtina etməklə təzyiqi normaya sala bilərlər.
Realpress.az saglamolun.az-a istinadən bildirir ki, alimlər bununla bağlı xüsusi eksperiment aparıblar. Eksperimentdə yüksək arterial təzyiqdən əziyyət çəkən 150 insan iştirak edib. İştirakçılar axşam saatlarında yemək yemirdi və həmçinin mayenin qəbulunu azaldırdı. Artıq bir neçə gündən sonra iştirakçıların təzyiq göstəriciləri normallaşmağa başlayıb, onların ümumi vəziyyəti yaxşılaşıb.
Alimlərin fikrinə görə, şam yeməyindən imtina, duz qəbulunun məhdudlaşdırılması və aktiv həyat tərzi insanlara təzyiqi normada saxlamağa kömək edəcək.
Bundan əlavə həkimlər streslərdən uzaq durmağı və axşam saatlarında tərkibində kofein olan içkiləri (çay, qəhvə, kola və s.) içməməyi tövsiyə edir.
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.
İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.
24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.
Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.