Azərbaycan filmlərində rol alan məmurlar (VİDEO)

Azərbaycan filmlərində rol alan məmurlar (VİDEO)
06 Mar 2018 15:21

Realpress.az-in “Report”a istinadən verdiyi məlumata görə, onlar arasında sonradan rəsmi qurumda işləyən, yaxud filmə çəkilərkən dövlət qurumunda çalışan şəxslər də var.

 Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov“Fransız” filmində epizodik bir rol olan Fransa səfirliyinin əməkdaşı obrazını canlandırıb.

Baş nazirin müavini Elçin Əfəndiyev “Dantenin yubileyi” filmində tamaşaçı rolunu ifa edib.

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu “Qorxma, mən səninləyəm” filmində Teymur rolunu oynayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli “Tütək səsi” filmində Tapdıq, “Əgər bir yerdəyiksə” filmində Məmməd, “Arxadan vurulan zərbə” filmində isə Fazil rolunda çıxış edib.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Biznesmen” filmində baş rolu canlandırıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin əməkdaşı Nadir Əzməmmədov"Sonuncu fəsil" serialında Mamed obrazında, "Vicdan" haqqı" serialında Saleh Rzayev obrazında və "Nəsimi", "Qara Volqa", "Asif, Vasif, Ağasif","Od içində", "Yaramaz" filmlərində çəkilib.

"Azərbaycanfilm" kinostudiyasnın rəhbəri Müşfiq Hətəmov “Küçələrə su səpmişəm” filmində kuryer obrazını canlandırıb.

Dövlət işçisi olmasa da, tanınmış ictimai xadimlərdən Azərbaycan Yazıçılar Birliyinin sədriAnarın “Var olun, qızlar..” filmində Murad, “Xatirələr sahili” filmində isə redaksiya işçisi obrazını canlandırması maraqla qarşılanıb.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.