“Birinci kanal” Müslüm Maqomayevin xatirəsini yad etdi – VİDEO

“Birinci kanal” Müslüm Maqomayevin xatirəsini yad etdi – VİDEO
04 Mar 2018 16:22


Rusiyanın “Birinci kanalı”nın efirində əfsanəvi azərbaycanlı müğənni Müslüm Maqomayevin günü keçirilib.

realpress.az-ın xəbərinə görə, martın 3-də saat 15:15-də Crocus City Hall-da Müslüm Maqomayevin 75 illik yubileyi ilə bağlı keçirilən konsert proqramı, saat 16:55-də isə “Müslüm Maqomayev. Sənsiz Günəş yoxdur...” adlı sənədli film efirə gedib.

Saat 23:00-da tamaşaçılara Müslum Maqomayevin 70 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub.

Saat 19:55-də efirə çıxan “Bu axşam” adlı verilişdə isə aparıcı Yuliya Menşova, həmçinin studiyanın qonaqları əfsanəvi müğənninin xatirəsini yad ediblər, onun mahnılarını oxuyublar.

Verilişə SSRİ-nin xalq artisti Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya da qatılıb.



6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.