Tahir Əkbər dəfn edildi

Tahir Əkbər dəfn edildi
03 Mar 2018 14:54

Realpress.az-ın məlumatına görə, bəstəkarın dəfnində sənət nümayəndələri, dostları və ailə üzvləri iştirak ediblər. Bəstəkarın həyat yoldaşı Aybəniz xanım əməkdaşımızla söhbətində ağır günlərdə onlara dəstək olanlara təşəkkürünü bildirib:

"Tahir müəllimin oğlu yoxdur, bir mənəm, bir də qızı. Amma bu ağır günlərdə Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva, Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqı, bəzi millət vəkilləri yanımızda oldular. Hamısına təşəkkür edirəm. Bu, Azərbaycan mədəniyyəti üçün böyük itkidir. Başqa heç nə deyə bilmərəm". 

Qeyd edək ki, T.Əkbər ötən gecə uzun sürən xəstəlikdən sonra 72 yaşında vəfat edib.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.