Realpress.az ICTnews-a istinadən bildirir ki, "Samsung" şirkəti "5G" mobil rabitə texnologiyasının hazırlanması üzrə "Qualcomm" şirkəti ilə əməkdaşlıq edəcək. Bu haqda Cənubi Koreya şirkətinin rəsmi saytında məlumat verilib. "Galaxy S10" yeni rabitə şəbəkəsini dəstəkləyən ilk qurğulardan biri olacaq.
Belə ki, "Qualcomm" şirkəti "TSMC" ilə əməkdaşlıqdan imtina edərək "Samsung" şirkəti ilə 10 illik müqavilə bağlayıb. "PhoneArena" nəşri yazır ki, "Galaxy S10" smartfonu 2019-cu ilin əvvəlində təqdim edilə bilər və bu halda sözügedən qurğu "5G" tezliyini tutan yeni nəsil "Snapdragon 855" prosessoru ilə təchiz ediləcək.
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.