Türkiyəli professor azərbaycanlı tələbələrdən imtahan götürüb

Türkiyəli professor azərbaycanlı tələbələrdən imtahan götürüb
26 Fev 2018 17:34

Realpress.az-in istinadən məlumatina görə BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə fakültənin dekanı Elçin Məmmədov Bilkənd Universiteti ilə filologiya fakültəsi arasında uzun illər davam edən uğurlu əməkdaşlıqdan söz açıb.

Diqqətə çatdırılıb ki, fakültənin müəllim və tələbələri hər il Bilkənd Universitetində təşkil olunan yay məktəbində fəal iştirak edirlər. Fakültənin alimləri hər il Bilkənd Universitetinin keçirdiyi Uluslararası Böyük Türk Dili Qurultayına da qatılırlar.

Professor R.Özyürək qeyd edib ki, Bilkənd Universitetinin bölgə ölkələri üzrə kurs proqramları direktorluğu artıq 23 ildən bəri türk dillərinin aktual məsələləri, dil və ədəbiyyatın tədrisi metodikası, o cümlədən Türkiyə türkcəsinin öyrədilməsi istiqamətində kurslar təşkil edir. Hər il BDU-nun müəllim və tələbələri də bu kurslarda uğurla iştirak edərək ən yüksək keyfiyyət göstəriciləri ilə buranı başa vururlar. Qeyd olunub ki, kurs üçün budəfəki seçimdə tələbələrlə bərabər, daha çox türkologiya üzrə gənc tədqiqatçı və alimlərin iştirakına üstünlük veriləcək.

Sonra R.Özyürək türkologiya kafedrasının əməkdaşlarının iştirakı ilə tələbələrdən imtahan götürüb. İmtahandan sonra tələbələrin göstəriciləri müzakirə olunub. Nəticələr Bilkənd Universiteti rəhbərliyi tərəfindən təsdiqləndikdən sonra rəsmi şəkildə tələbələrə elan olunacaq.


22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.