Azərbaycan şahmatçısı: Sloveniyaya birinci yeri tutmaq üçün gəlmişdim

Azərbaycan şahmatçısı: Sloveniyaya birinci yeri tutmaq üçün gəlmişdim
06 May 2024 16:09

Yarışa birinci yeri tutmaq üçün gəlmişdim.

Bu sözləri “Report”a açıqlamasında Sloveniyada keçirilən "Ljubljana Festival"da 7,5 xal toplamaqla qızıl medal qazanan Azərbaycan şahmatçısı Abdulla Qədimbəyli deyib.

O, 120 şahmatçının 9 turdan ibarət mübarizəsində çətinliklə qalib gəldiyini bildirib: “Təbii ki, yarışa birinci yeri tutmaq üçün gəlmişdim. Çox çətin keçdi. Məndən yüksək reytinq malik şahmatçılar da var idi. Buna baxmayaraq, birinci yer üçün oynayırdım”.

Qədimbəyli ən çətin oyunu 8-ci turda keçirdiyini deyib: “8-ci turda yarışın iki nömrəli şahmatçısı Sabino Brunello ilə qarşılaşmışdım. Qara fiqurlarla qalib gəlmək lazım idi. Çətin olmasına baxmayaraq, bunu bacardım. 8-ci turda qələbə növbəti oyuna rahat çıxmağıma şərait yaratdı. 9-cu turda mənə heç-heçə də bəs edirdi. Mən də heç-heçə etməklə birinci yeri tutdum”.

Şahmatçı yarışın təşkilatçılığından razı qalıb: “Hər şey yüksək səviyyədə idi. Hər 30 dəqiqədən bir yoxlamalar aparılırdı”.

O, gələcək planlar barədə bu sözləri deyib: “Gələcəklə bağlı hələlik plan yoxdur. Yəqin ki, hazırlıqlara davam edəcəm. Qarşıda “Baku Open” var. Başqa yarışların da keçirilməsi gözlənilir”.


18 May 2024
Siyasət

Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”

“Belarus Respublikası Azərbaycanın ənənəvi olaraq səmimi dostluq və əməkdaşlıq əlaqələrini saxladığı ölkələrdən biridir. 70 il ərzində keçmiş SSRİ tərkibində müttəfiq respublikalar kimi mövcud olmuş Belarus və Azərbaycan müstəqillik əldə etdikdən sonra öz aralarında diplomatik əlaqələri 1993-cü ildə qurmuşlar. Cənab Prezident İlham Əliyevin hakimiyyəti dönəmində bu əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.”

17 May 2024
Siyasət

Sahibə Qafarova BMT-nin Cenevrədəki Ofisinin Baş direktoru ilə görüşüb (FOTO)

Mayın 17-də Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında iştirak etmək məqsədilə Cenevrədə işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin Cenevrədəki Ofisinin Baş direktoru Tatyana Valovaya ilə görüşüb.

17 May 2024
Siyasət

Nazirlər Kabinetində müşavirə keçirilib - FOTO

Nazirlər Kabinetində (NK) “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı 2023-cü ildə və 2024-cü ilin dörd ayı ərzində aparılan monitorinqlərin nəticələrinə dair müşavirə keçirilib.

17 May 2024
Siyasət

Belarus Qarabağda 420 ailə üçün yaşayış məntəqəsi tikməyi planlaşdırır - VİDEO

Belarus Qarabağda 420 ailə üçün yaşayış məntəqəsi tikməyi planlaşdırır.

17 May 2024
Siyasət

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Cıdır düzündə olublar.