Azərbaycanın Baş naziri gələn həftə Türkiyəyə səfər edəcək

Azərbaycanın Baş naziri gələn həftə Türkiyəyə səfər edəcək
04 May 2024 12:46

Azərbaycan və Türkiyə arasında mayın 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası və biznes forumu keçiriləcək.

“Report” bu barədə Türkiyәnin Xarici İqtisadi Əlaqələr Şurasına (DEİK) istinadən xəbər verir.

Qeyd edilib ki, Ankarada Hökumətlərarası Komissiyanın 11-ci iclası olacaq.

İclas Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazın sədrliyi ilə keçiriləcək.

Onlar həmçinin DEİK və Türkiyə Ticarət Palataları və Birjalar Birliyinin təşkil etdiyi biznes forumda iştirak edəcəklər.


17 May 2024
Siyasət

Sahibə Qafarova BMT-nin Cenevrədəki Ofisinin Baş direktoru ilə görüşüb (FOTO)

Mayın 17-də Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında iştirak etmək məqsədilə Cenevrədə işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin Cenevrədəki Ofisinin Baş direktoru Tatyana Valovaya ilə görüşüb.

17 May 2024
Siyasət

Nazirlər Kabinetində müşavirə keçirilib - FOTO

Nazirlər Kabinetində (NK) “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı 2023-cü ildə və 2024-cü ilin dörd ayı ərzində aparılan monitorinqlərin nəticələrinə dair müşavirə keçirilib.

17 May 2024
Siyasət

Belarus Qarabağda 420 ailə üçün yaşayış məntəqəsi tikməyi planlaşdırır - VİDEO

Belarus Qarabağda 420 ailə üçün yaşayış məntəqəsi tikməyi planlaşdırır.

17 May 2024
Siyasət

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Cıdır düzündə olublar.

17 May 2024
Siyasət

Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada Bülbülün ev-muzeyində olublar.