Braziliyanın Rio-Qrandi-du-Sul əyalətində güclü daşqınlar olub.
Məlumata görə, hadisə nəticəsində 10 nəfər ölüb, 21 nəfər itkin düşüb. Yerli hakimiyyət orqanları vəziyyətin daha da pisləşə biləcəyini xəbərdar edib.
“Biz Rio-Qrandi-du-Sulda tariximizin ən pis anı, ən pis fəlakətini yaşayırıq. Hazırda dövlətimizdə baş verənlər tamamilə, absurd və son dərəcə ciddidir. Təəssüf ki, vəziyyət daha da pisləşəcək”, - deyə zərərçəkmiş ştatın qubernatoru Eduardo Leyte bildirib.
Hindistanın şərqindəki Qərbi Benqal ştatında ildırımın vurması nəticəsində azı 12 nəfər həyatını itirib.
“Danimarka Ukraynaya 750 milyon avro dəyərində yeni hərbi yardım göndərəcək”.
“Hizbullah” partiyasının silahlı qüvvələri 24 saat ərzində, 120 kilometrlik sərhəd boyu İsrail ərazisini atəşə tutub və Colan təpələrində bir neçə dəfə hərbi hədəflərə hücum edib.