“Formula-1” yarışları yenidən İstanbulda keçiriləcək

“Formula-1” yarışları yenidən İstanbulda keçiriləcək
30 Apr 2024 15:18

“Formula-1” yarışları 2026-cı ildə yenidən İstanbulda olacaq.

Bu barədə Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy bildirib.

Onun sözlərinə görə, tender prosesi ilə bağlı birinci mərhələ bitib və ərazi təslimi ilə bağlı ikinci mərhələ başlayıb.

“Daha sonra 2026-cı ildən etibarən “Formula-1” yarışlarının İstanbula, Türkiyəyə gətirilməsi üçün müqavilə prosesi başlayacaq. Proses burada planlaşdırıldığı kimi davam edir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Türkiyə Qran-prisi İstanbulda 2005-2011 və 2020-2021-ci illərdə keçirilib. Yarışlar alman mühəndis Hermann Tilke tərəfindən hazırlanmış “İstanbul Parkı” avtodromunda baş tutub. Trasda hərəkət istiqaməti saat əqrəbinin hərəkətinin əksinədir - dörd apeksi olan 9-cu döngə isə həm azarkeşlərin, həm də pilotların ən sevimlisidir.


16 May 2024
Dünya

İranda daşqınlar olub, ölənlər var

İranın Xorasan Rəzəvi əyalətinə yağan fasiləsiz yağışlar zamanı baş verən daşqınlar nəticəsində azı yeddi nəfər ölüb, bir neçə sakin itkin düşüb.

16 May 2024
Dünya

Fransa Yeni Kaledoniyaya qoşun yeritdi - VİDEO

“Fransa adadakı vəziyyətə görə Yeni Kaledoniyaya qoşun yeridib”.

16 May 2024
Dünya

İstanbulun turistlər arasında məşhur olan küçəsində yanğın baş verib - VİDEO

Türkiyənin İstanbul şəhərinin xarici turistlər arasında məşhur olan İstiqlal küçəsində yanğın baş verib.

15 May 2024
Dünya

Fransa Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edəcək - YENİLƏNİB

Fransa etirazlar zamanı yüzlərlə vətəndaşın və polisin yaralandığı Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edəcək.