İndoneziyada ildırım düşən Ruanq vulkanı yenidən püskürdü: Qorxunc görüntülər - VİDEO

İndoneziyada ildırım düşən Ruanq vulkanı yenidən püskürdü: Qorxunc görüntülər - VİDEO
30 Apr 2024 15:09

İndoneziyada Ruanq vulkanı yenidən püskürüb.

Səhər erkən saatlarda çaxan ildırım vulkanın kraterini işıqlandırıb və bu fonda vulkandan püskürən partlayıcı qaynar lavanın görüntüləri ətrafdakıları dəhşətə gətirib.

Səlahiyyətlilər tərəfindən Ruanqla bağlı həyəcan statusu ən yüksək səviyyəyə qaldırılıb və sakinlərə vulkana yaxınlaşmamaq barədə çağırış edilib. Həmçinin təxliyə zonasını genişləndirmək barədə qərar verilib.

Eyni zamanda sunaminin ola biləcəyi də qeyd edilib.

İndoneziya Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzindən verilən məlumata görə, vulkana ən yaxın olan Taqulandanq adasında yaşayan sakinlərə xəbərdarlıq edilib və bildirilib ki, vulkanik materialın okeana qarışması nəticəsində sunami yarana bilər.  

Xatırladaq ki, daha əvvəl vulkan püskürməsi nəticəsində yüzlərlə insan təxliyə edilib, evlərə ziyan dəyib və əyalətin paytaxtı Manadoda hava limanı bağlanıb.

Vulkanla bağlı yayılan görüntülərdə Ruanqın krateri üzərində çaxan ildırımlar, lava və daşlardan ibarət qırmızı od buludlarının havaya qalxdığı və adanın üzərinə çökdüyü kadrlar yer alıb.

Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi püskürmə sütununun 5 kilometr (3,1 mil) hündürlüyünə çatdığını bildirib və 7 km (daha əvvəl 6 km) məsafədə qalan bütün sakinlərin dərhal təxliyə edilmələrinə çağırıb.

Manadodakı Sema Ratulanq hava limanı vulkanik külün yayılması ehtimalına qarşı yenidən bağlanıb və ertəsi gün günortaya qədər bağlı qalacağı qeyd edilib.


20 May 2024
Dünya

İran prezidentinin ölümü ilə əlaqədar daha bir neçə ölkədə matəm elan olunub

İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən rəsmi şəxslərin helikopter qəzası nəticəsində həlak olması ilə əlaqədar daha bir neçə ölkədə milli matəm elan edilib.

20 May 2024
Dünya

İran Prezidentinin cənazəsi sabah Təbrizdən Məşhədə göndəriləcək - YENİLƏNİB

Helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin cənazəsi çərşənbə axşamı Təbrizdən doğulduğu Məşhəd şəhərinə göndəriləcək.

20 May 2024
Dünya

Putin İranın Birinci vitse-prezidenti ilə telefonla danışıb

Rusiya prezidenti Vladimir Putin İranın birinci vitse-prezidenti Məhəmməd Moxberlə telefonla danışıb.

20 May 2024
Dünya

İran prezidentinin helikopterinin qəzaya uğradığı yerdən yeni görüntülər

İran prezidentinin helikopterinin qəzaya uğradığı yerdən yeni görüntülər ortaya çıxıb.

20 May 2024
Dünya

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb

İran Prezidenti İbrahim Rəisinin qəzaya helikopterində həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün genetik ekspertiza aparılmayacaq.