İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİB + FOTO

İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİB + FOTO
29 Apr 2024 15:10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqalı qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini bildirərək iqtisadi sahədə də əlaqələrimizin fəallaşacağına ümidvar olduğunu vurğulayıb.

Prezident İlham Əliyev Malayziyanın beynəlxalq aləmdə Azərbaycana göstərdiyi dəstəyə toxunaraq həm torpaqlarımızın işğalı zamanı, həm də tarixi nailiyyətimiz olan ərazilərimizin işğaldan azad olunmasından, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasından sonra Malayziyanın ölkəmizə daim dəstək göstərməsini yüksək qiymətləndirib. Azərbaycan Prezidenti torpaqlarımızın ermənilər tərəfindən işğalı dövründə həmin ərazilərimizdə məhv edilmiş dini-tarixi abidələrimiz barədə məlumat verib.

Datuk Mutanq Taqalın ölkəmizə səfərinin münasibətlərimizin genişlənməsi, o cümlədən parlamentlərarası əməkdaşlığın inkişafı baxımından önəmini qeyd edən dövlətimizin başçısı bu səfərin əlaqələrimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib.

Datuk Mutanq Taqal ilk növbədə Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimin salamlarını və yenidən prezident seçilməsi münasibətilə bir daha təbriklərini dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara və təbriklərə görə minnətdarlığını bildirib, onun da salamlarını Malayziyanın Kralına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkələrimizin bu hərəkatın gücləndirilməsi istiqamətində fəal birgə əməkdaşlıq həyata keçirdikləri, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında da Azərbaycan ilə Malayziyanın yaxından qarşılıqlı fəaliyyət göstərdikləri məmnunluqla qeyd olunub.

Ölkələrimizin bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, Azərbaycan ilə Malayziya arasında mövcud olan güclü siyasi əlaqələrin investisiya, ticarət sahələrində və biznes dairələri arasında əməkdaşlığın fəallaşması üçün yaxşı imkan yaratdığı bildirilib.

Görüşdə COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.


16 May 2024
Siyasət

Sahibə Qafarova İsveçrə Konfederasiyasına səfərə gedib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 15-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gedib.

16 May 2024
Siyasət

Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb

Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşü başlayıb.

16 May 2024
Siyasət

Azərbaycanda səfərdə olan Aleksandr Lukaşenkonun rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-da rəsmi qarşılanma mərasimi olub.

16 May 2024
Siyasət

Sülhməramlıları yolasalma mərasimindən möhtəşəm GÖRÜNTÜLƏR - VİDEO

Sülhməramlıların yolasalma mərasimindən yeni görüntülər yayılıb.

16 May 2024
Siyasət

Azərbaycan Prezidenti Slovakiyanın baş nazirinə edilən sui-qəsd cəhdini şiddətlə qınayıb - FOTO/VİDEO

“Slovakiyanın baş naziri Robert Fikoya edilən sui-qəsd cəhdindən dəhşətə gəldim. Mən bu hücumu şiddətlə qınayıram”.