Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu

Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu
25 Apr 2024 11:03

Qazaxıstan və Böyük Britaniya hökumətləri arasında strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalanıb.

Bu barədə Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu Astanada Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Devid Kemeron ilə görüşündən sonra bildirib.

“Bu gün biz strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzaladıq. Şübhəsiz ki, bu mühüm saziş Astana ilə London arasında siyasi, ticarət və investisiya əlaqələrinin möhkəmlənməsinə mühüm təkan verəcək”, - deyə nazir bəyan edib.

Onun sözlərinə görə, ölkələr qarşılıqlı fəaliyyəti genişləndirmək və qarşılıqlı faydalı layihələri, təşəbbüsləri təşviq etmək üçün ümumi niyyətlərini təsdiqləyiblər.

“Elmi tədqiqatlar sahəsində əməkdaşlığımızın artırılmasına xüsusi diqqət yetirilib”, - Qazaxıstan XİN-in rəhbəri qeyd edib.


4 May 2024
Dünya

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

Tümen vilayətinin 47 yaşayış məntəqəsində 380-dən çox yaşayış binası, həmçinin 523 bağ evi, 3225 şəxsi torpaq sahəsi və 34 yol sahəsi su altında qalıb.

4 May 2024
Dünya

Qəzzada itkin düşənlərin yeni sayı açıqlandı

Ötən ilin oktyabrın 7-dən indiyədək Qəzza zolağında itkin düşənlərin yeni sayı açıqlanıb.

4 May 2024
Dünya

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb - VİDEO

Braziliyanın cənubundakı Rio-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb.

4 May 2024
Dünya

Qəzzada ölən tibb işçilərinin sayı açıqlandı

Oktyabrın 7-dən bu günə qədər Qəzza zolağında həyatını itirən tibb işçilərinin sayı açıqlanıb.