Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu olub - VİDEO

Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu olub - VİDEO
24 Apr 2024 10:54

Smolenskdə (Rusiya) neft emalı zavoduna PUA hücumu olub.

Bu barədə vilayətin qubernatoru Vasili Anoxin xəbər verib.

Məlumata görə, ilk partlayış yerli vaxtla saat 3:15-də Razdoro kəndi yaxınlığındakı neft bazası ərazisində (Smolenskdən 20 km aralıda) olub. Təxminən 15 dəqiqə sonra daha bir partlayış səsi eşidilib, bundan sonra sənaye obyekti alovlara bürünüb. Saat 4 radələrində daha bir neçə partlayış olub.

“Fövqəladə Hallar Nazirliyi hadisə yerindədir. Sakit olmağınız və təlaşa düşməməyiniz xahiş olunur”, - deyə qubernator müraciətində bildirib.

Xatırladaq ki, təxminən bir ay əvvəl Samara vilayəti, Novokuybışevsk şəhərindəki neft emalı zavoduna dron hücumu olmuşdu.


8 May 2024
Dünya

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb - VİDEO

Braziliyanın cənub əyalətində daşqınlar nəticəsində ölənlərin sayı 95-ə çatıb.

8 May 2024
Dünya

Ukraynada həyəcan: Rusiyanın raketdaşıyan gəmiləri Qara dənizə daxil olub

Uzun fasilədən sonra Rusiyanın raketdaşıyan gəmiləri yenidən Qara dənizə daxil olub.

8 May 2024
Dünya

Avro ucuzlaşdı, lirə bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

8 May 2024
Dünya

İranda nəhəng qum fırtınası - VİDEO

İranın şimal şərq ərazilərində nəhəng qum fırtınası meydana gəlib.

8 May 2024
Dünya

ABŞ-də birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı - VİDEO

ABŞ-də idarəsi üçün pilot lisenziyası tələb olunmayan birnəfərlik “Helix” elektrik təyyarələrinin satışına başlanılıb. Onunla ancaq aeroportlardan kənarda uçuşlara icazə verilir.