“Avropa İttifaqına üzv ölkələr İranın raket və dron istehsalçılarına qarşı sanksiyaları genişləndirmək üçün razılığa gəliblər”.
Bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell Aİ Şurasının Lüksemburqda keçirilən iclasından sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, sanksiyalar Rusiyaya pilotsuz uçuş aparatlarının və raketlərin tədarükünə də təsir edəcək.
Filippin sahillərində 5,9 maqnitudada zəlzələ baş verib.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İran İslam Respublikasına rəsmi səfər edib.
Pakistanın şimalındakı Gilgit-Baltistan bölgəsinin Diamir rayonunda sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində azı 15 nəfər ölüb, 22 nəfər yaralanıb.