Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Böyük Britaniyanın BMT yanındakı daimi nümayəndəsi ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə COP29-un sosial şəbəkə hesabında bildirilib.
“Birləşmiş Krallığın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord ilə görüşməkdən məmnunam. Böyük Britaniya İqlim Fəaliyyətində mühüm tərəfdaşdır və biz nümayəndə heyətini noyabr ayında COP29 üçün Bakıda qarşılamağı səbirsizliklə gözləyirik”, - paylaşımda Muxtar Babayevdən sitat gətirilib.
Prezident İlham Əliyev ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.
“Azərbaycan növbəti dəfə mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Andjey Dudaya təbrik məktubu göndərib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səudu qəbul edib.
Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb.