İlham Əliyev: “Heydər Əliyev amili iki ölkə münasibətlərində həmişə mühüm rol oynayıb və oynayacaq” - VİDEO

İlham Əliyev: “Heydər Əliyev amili iki ölkə münasibətlərində həmişə mühüm rol oynayıb və oynayacaq” - VİDEO
23 Apr 2024 09:53

“Heydər Əliyev amili Rusiya və Azərbaycanın dövlətlərarası münasibətlərində həmişə mühüm rol oynayıb və oynayacaq”.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə birlikdə Baykal-Amur magistralının (BAM) 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşündə bildirib.

Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsinə görə BAM inşaatçılarına təşəkkür edən dövlətimizin başçısı Anqoya qəsəbəsindəki vağzala ulu öndərin adının verilməsini xatırladıb.

“BAM inşaatçıları yaxşı bilirlər ki, o, praktiki olaraq piyada, qatarla, vertolyotla, çətin şəraitdə Bratskdan Vladivostoka, Naxodkaya qədər uzun məsafə qət edib, on gün ərzində sevinc və kədərini BAM inşaatçıları ilə bölüşüb”, - deyə Prezident İlham Əliyev əlavə edib.


3 May 2024
Siyasət

İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN

Prezident İlham Əliyev ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb. 

3 May 2024
Siyasət

Prezident İlham Əliyev polşalı həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Andjey Dudaya təbrik məktubu göndərib.

3 May 2024
Siyasət

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səudu qəbul edib.

2 May 2024
Siyasət

İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb.