Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək
19 Apr 2024 11:23

Aprelin 26-da Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il aprelin 26-da, saat 10:00-da Ağdaş rayon prokurorluğunun inzibati binasında Ağdaş, Yevlax, Ucar və Zərdab rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağdaş rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

 

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.


1 May 2024
Dünya

Çində magistral yol çöküb, ölənlərin sayı 24-ə çatıb - YENİLƏNİB-2

Çinin cənubunda yerləşən Quandun əyalətində yüksəksürətli magistral yolun bir hissəsinin çökməsi nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.

1 May 2024
Dünya

Mayın ilk gününün RƏSMİ MƏZƏNNƏLƏRİ

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

1 May 2024
Dünya

Xarkovda partlayış baş verib

Ukraynanın şərqində yerləşən Xarkov şəhərində partlayış baş verib.

1 May 2024
Dünya

Rusiyada neft emalı zavoduna dron hücumu olub, güclü yanğın baş verib - VİDEO

Rusiyanın Ryazan vilayətində yerləşən neft emalı zavodu dron hücumuna məruz qalıb.