İqtisadiyyat Nazirliyində Avstriyanın maliyyə nazirinin müavini Andreas Rayxhardt və “Grabher Group” şirkətinin baş direktoru Günter Qraberlə görüş keçirilib.
Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyindən bildirilib.
Qeyd olunub ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə keçirilmiş görüşdə ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın genişləndirilməsi üçün təşəbbüslərin artdığı vurğulanıb, Azərbaycanda inklüziv işgüzar mühit, investorlar üçün yaradılmış imkanlar barədə məlumat verilib, avstriyalı sərmayədarlar fəal işbirliyinə dəvət olunublar.
Tərəflər potensial əməkdaşlıq istiqamətləri və birgə sənaye layihələrinin həyata keçirilməsi imkanları haqqında fikir mübadiləsi aparıblar.
Avstriyanın “Grabher Group” şirkəti texniki tekstil sektorunda yüksəktexnologiyalı məhsullar üzrə ixtisaslaşmış bir neçə törəmə şirkətdən ibarətdir. Şirkət tibb və gigiyena, hava və maye filtrləmə, ağıllı tekstillər, nanotexnologiyalar və yüngül kompozit materiallar üzrə xüsusi həllər təklif edir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.