Naxçıvanın su ehtiyatlarının həcmi açıqlanıb

Naxçıvanın su ehtiyatlarının həcmi açıqlanıb
18 Apr 2024 11:50

Naxçıvan Muxtar Respublikasının mövcud anbarlarında bu ilin yanvar-mart ayları ərzində su ehtiyatının toplanılması işləri davam etdirilib və mart ayının sonuna sututarlara 156,35 milyon kubmetr su ehtiyatı toplanıb.

Bu barədə "Report"un yerli bürosuna muxtar respublikanın “Meliorasiya və Su Təsərrüfatı” ASC-dən məlumat verilib.

Qeyd olunub ki, su istifadəçilərinə yanvar-mart ayları ərzində 1,52 milyon kubmetr su verilib, bunun müqabilində 1 247 hektar torpaq sahəsi suvarılıb.

Bildirilir ki, hesabat dövründə 1,7 kilometr seləqarşı istiqamətləndirici bənd tikilib, 84,89 kilometr beton və torpaq kanallar, 63,02 kilometr ara arxlar, 14,2 kilometr kollektor lildən təmizlənib, 14,2 kilometr içməli su, 0,04 kilometr kanalizasiya, 0,15 kilometr suvarma boru, 0,1 kilometr kaptaj xətti çəkilib, 5,29 kilometr mövcud içməli su xətlərində, 0,31 kilometr kanalizasiya xətlərində, 1,55 km suvarma boru xətlərində, 2,17 v təzyiqli boru xətlərində, 1,7 kilometr isə kaptajlarda təmir-bərpa işləri aparılıb.

Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənib. Şərur rayonunda Qorçulu kollektorunda kilometr, Muğanlı kollektorunda isə 3,3 kilometr olmaqla, Şərur rayonunda 9,3 kilometr, Babək rayonunda Nehrəm kollektorunda kilometr, Naxçıvan şəhəri ərazisində yerləşən Qaraxanbəyli kollektorunda 1,9 kilometr kollektor lildən təmizlənib.

Görülən işlər nəticəsində Şərur rayonunun 112 hektar, Babək rayonunun və Naxçıvan şəhərinin 65 hektar olmaqla, ümumilikdə, 177 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb.


30 Apr 2024
Cəmiyyət

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - YENİLƏNİB + VİDEO

Laçın şəhəri və rayonun Zabux kəndinə yeni köçürülən ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

30 Apr 2024
Cəmiyyət

Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 82 minə yaxın uşaq bu gün avtomatik olaraq 1-ci sinfə yerləşdirilib.

30 Apr 2024
Cəmiyyət

Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA

“Hazırda Azərbaycanda koronavirus infeksiyasına yoluxma, demək olar ki, yox səviyyəsindədir”.