İsrailin Suriyanın şimal-qərbində yerləşən Hələb əyalətinə endirdiyi hava zərbələri nəticəsində azı 36 Suriya hərbçisi həlak olub.
Bu barədə baş ofisi Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.
Məlumatda qeyd olunur ki, İsrail ordusu Livanın “Hizbullah” qruplaşmasına aid raket anbarlarının yaxınlığındakı ərazini hədəfə alıb.
Mənbə: Thenationalnews
Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.
Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.