Xırdalanda 10-dan çox qumbara tapıldı - FOTO/VİDEO

Xırdalanda 10-dan çox qumbara tapıldı - FOTO/VİDEO
29 Mar 2024 10:50

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində sursat aşkar edilib.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu və hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 12 ədəd “F-1” əl qumbarası, 4 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.

Sursatlar zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.



29 Apr 2024
Cəmiyyət

Füzuliyə qayıdan sakin: “30 il qohum evində məcburi köçkün həyatı yaşamışıq”

“Köhnə döyüşçü kimi əlimizdən gələni etdik, Vətənimizi qoruduq. Şükür ki, o ağrılı-acılı günlərimiz bu gün sona çatır, öz doğma yurdumuza qayıdırıq”.

29 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

29 Apr 2024
Cəmiyyət

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTO/VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.