Azərbaycan Kuboku: “Sərhədçi” sonuncu yarımfinalçı oldu - FOTO

Azərbaycan Kuboku: “Sərhədçi” sonuncu yarımfinalçı oldu - FOTO
28 Mar 2024 09:09

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda son iki oyun keçirilib.

Oxu.Az xəbər verir ki, günün ilk oyunu “Gəncə” və “Şəki” komandaları arasında baş tutub.

Bu oyun “Gəncə” klubunun 85:78 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular “Gəncə”dən Donovan Filds (20 xal, 7 asist), “Şəki”dən Simeus Vebster (22 xal, 14 ribaund) olublar.

Günün ikinci oyununda qrupdan çıxmaq uğrunda mübarizə aparan “Sabah”la “NTD-İndiqo” üz-üzə gəlib. Bu görüşdə “NTD-İndiqo” 89:85 hesablı qələbə qazanaraq B qrupunu lider tamamlayıb.

“Sabah”ın məğlub olmasından sonra “Sərhədçi” yarımfinala vəsiqə qazanıb. Ən məhsuldar basketbolçular “Sabah”dan Endər Poladxanlı (21 xal, 10 ribaund), “NTD-İndiqo”dan Qriffin Remmi (21 xal, 11 asist) olublar.

Qeyd edək ki, Azərbaycan Kubokunda yarımfinal oyunları (“NTD-İndiqo” - “Xəzri”, “Neftçi” - “Sərhədçi”) aprelin 17-də keçiriləcək

 


26 Apr 2024
Siyasət

Prezident İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirilir

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.

26 Apr 2024
Siyasət

Azərbaycan Prezidenti: “Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq”

“Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”

“Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ Azərbaycan və Braziliya troyka şəklində fəaliyyət göstərir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”

“Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”.